İspaniya və Portuqaliyada elektrik enerjisinin təminatı tamamilə bərpa edilib.
Referans xəbər verir ki, bu barədə “NEXTA” məlumat yayıb.
Sistemdəki nasazlığın səbəbi hələ də məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparır. Kiberterrorizm və ya diversiya ehtimalları istisna edilmir.
Qeyd edək ki, kütləvi elektrik kəsilməsi nəticəsində İspaniyada ən azı beş nəfər həyatını itirib. Onların üçü generatorun yaydığı zəhərli qaz səbəbindən, biri elektriklə işləyən oksigen aparatının sönməsi səbəbindən, biri isə işıq olmadığı üçün yandırdığı şamın yanğına səbəb olması səbəbindən həyatını itirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta