AZ

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri: Bakı yüksək səviyyəli diplomatiya nümayiş etdirir

Azərbaycan diplomatiya və insanlığın yüksək səviyyəsini nümayiş etdirən unikal bir ölkədir.

“Report” “Stmegi” informasiya portalına istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycana təyin olunmuş səfiri Ronen Kraus Dağ Yəhudiləri Koordinasiya Mərkəzinin və Akko şəhər (İsrail) Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə görüşündə bildirib.

"Azərbaycan hər bir insanın özünü azad, xoşbəxt hiss etdiyi bir ölkədir. Burada mən sadəcə yüksək səviyyəli diplomatiyanı deyil, həm də həqiqi insanlığı gördüm", - diplomat vurğulayıb. O, iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məlumat yenilənir

Seçilən
2
1
report.az

2Mənbələr