Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması haqqında qanun layihəsini təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Macarıstan parlamenti indicə BCM-dən çıxmağa səs verdi. Biz bu qərarı verməklə qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş bir qurumun tərkibində olmaqdan imtina edirik”, - Siyarto bildirib.