“Real”ın müdafiəçisi Antonio Rüdiger diz bağlarındakı zədə səbəbilə əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçunun sağalma müddəti 6-8 həftə aralığında olacaq. 32 yaşlı müdafiəçi cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 49 oyuna çıxaraq, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Real” La Liqanın 34-cü turu çərçivəsində mayın 4-də “Selta” ilə qarşılaşacaq.