AZ

Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdam rayonunun Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Sarıcalı kəndinə 39 ailə - 169 nəfər köçürülüb.

Sarıcalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
 

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdam rayonunun Sarıcalı kəndində, ümumilikdə, 149 ailənin (609 nəfər) qayıdışı təmin olunub.





Bizim.Media

Seçilən
1
2
bizim.media

2Mənbələr