AZ

Luis Enrike İngiltərə Premyer Liqası haqda nə düşünür?

PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının gücü haqda nə düşündüyü ilə bağlı sualı cavablayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Hamı İngiltərə Premyer Liqası haqda dünyanın ən yaxşı liqası kimi danışır. Mən, bununla razıyammı, bilmirəm. Bu, vacib deyil. Mən “hə” və ya “yox” deyə bilərəm – məni ixtiyari halda tənqid edəcəklər”, deyə Luis Enrike məntiqli cavabı ilə birbaşa fikir bildirməkdən çəkinib.

Xatırladaq ki, İngiltərə Premyer Liqası müxtəlif nəşrlər tərəfindən dünyanın ən güclü milli birinciliyi olaraq qəbul edilir.

Premyer Liqanın cari mövüsümünün çempionu da məlumdur – “Liverpul” 34-cü turda çempionluğu erkən surətdə təmin edib. “Qırmızılar” 34 oyundan 72 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıblar.

Seçilən
2
arena.az

1Mənbələr