İsrailin Qəzza zolağının Xan Yunus bölgəsinə hücumları nəticəsində 5 fələstinlinin həyatını itirdiyi bildirilib.
Bakıvaxtı.az bu barədə Fələstin mediasına istinadən xəbər verir.
Belə ki, məlumata görə, İsrail ordusu Xan Yunisin Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb, nəticədə 4 fələstinli ölüb, 30-dan çox insan yaralanıb.
Bundan əlavə, İsrailin daha əvvəl Xan Yunisə hücumu nəticəsində yaralanan bir fələstinlinin öldüyü bildirilir.
Əli Hüseynov