AZ

İçindən zəhərli hörümçək çıxdı

Marketdən banan alan ailə içindəkiləri görəndə dəhşətə gəlib. Kiçik qızın qışqırmasından ailə xəbər tutub.

Hadisə Avropada baş verib. Tətildə olan ailə Dünyaca məşhur supermarketdən alış-veriş edib. Aldi adlı supermarketdən alış-veriş edən Kristofer Kirk qablaşdırılmış banan alıb.

Onların 2 yaşlı qızı evdə banan yemək istəyəndə qəfil qışqırıb. Bananın içindən nəhəng bir hörümçək çıxıb. Kristofer Kirk banan bağlaması ilə mağazaya gedərək vəziyyəti mağaza işçilərinə çatdırıb və yenisini istəyib.

***

8 ayaqlı həşəratın növünü öyrənmək istəyən Kristofer Kirk hörümçəyin Asiyada tapılan ən zəhərli Ovçu Hörümçək olduğunu öyrənib.

Seçilən
3
vaxt.az

1Mənbələr