AZ

Qubadaqəzalı vəziyyətə olan körpünün bərpasına başlanılıb

BAKI, 29 aprel. TELEQRAF

Sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

Belə ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarətkörpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Qeyd edək ki, sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Seçilən
0
25
teleqraf.com

10Mənbələr