AZ

Ermənistan Prezidenti Gürcüstana səfərə dəvət olundu

TBİLİSİ, 29 aprel. TELEQRAF

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gürcüstana rəsmi səfərə dəvət olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dəvəti Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Gürcüstanla Ermənistan arasında nümunəvi çoxəsrlik dostluq və strateji tərəfdaşlıq qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün möhkəm zəmin yaradır.

M.Kavelaşvili, həmçinin bildirib ki, bu ilin iyunun 5-7-də İrəvanda Gürcüstan Mədəniyyəti Günləri keçiriləcək. O, gələn il Tbilisidə Ermənistan Mədəniyyəti Günlərinin təşkil olunacağını qeyd edib.

Seçilən
2
teleqraf.com

1Mənbələr