AZ

Ermənistan-Gürcüstan sərhədi titrədi

Ermənistan-Gürcüstan sərhədində 3,3 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar aprelin 29-da saat 03:40 radələrində qeydə alınıb. Zəlzələnin episentri Bavra kəndindən 8 km şimal-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

Episentrdə zəlzələnin maqnitudası 4-5 bal olub. Yeraltı təkanlar Bavra, Qazançı, Saraqyux və Mets Sepasar kəndlərində 3 bala qədər hiss olunub./Publika.az


Seçilən
2
1
news24.az

2Mənbələr