Bəs yeniliklər nə vəd edir?
Artıq bir abunəçi kodu ilə bütün komunal xidmətləri ödəmək mümkün olacaq. Bunun üçün vahid informasiya sistemi yaradılır. Sistem abonentlərə komunal xidmətlərlə bağlı məlumatları vahid formadan əldə etməyə, ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən vacibi isə bu sistem vasitəsi ilə insanlar vahid portal üzərindən elektrik, qaz, su və istilik üzrə borclarını sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.
Qeyd edək ki, gələcəkdə elektrik, su, qaz və sigər sayğaclar tam ağıllı sayğaclara çevrilə bilər. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə formasında tətbiq olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31