Ajans.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib. "Çinin Ukrayna məsələsində mövqeyi ardıcıl və aydındır, biz sülhü təşviq edən bütün səyləri dəstəkləyirik", - diplomat bildirib. Pekin tərəflərdən münaqişənin dialoq və danışıqlar yolu ilə həlli yollarını axtarmağa davam edəcəklərini gözləyir. Daha əvvəl Almaniyanın “Tageszeitung” nəşri Rusiya prezidenti Vladimir Putinin Ukraynada üç günlük atəşkəs tətbiq etmək qərarını gözlənilməz adlandırıb. Aprelin 28-də Putin bir ay ərzində SVO zonasında ikinci atəşkəs elan edib. O, Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə həsr olunub və mayın 8-i gecə yarısından mayın 11-i gecə yarısına kimi davam edəcək.