AZ

Varşavada ukraynalıları aparan avtobus aşdı: Xeyli yaralı var

Varşava hava limanı yaxınlığında magistral yolda baş verən iki ağır qəzadan sonra biri uşaq olmaqla 16 nəfər xəstəxanaya aparılıb.

Publika.az xəbər verir ki, bu barədə "RMF FM" məlumat yayıb.

Bildirilir ki, əvvəlcə Ukrayna və Belarusdan olan vətəndaşları daşıyan avtobus maneələrə çırpılaraq aşıb. Bundan bir az sonra xilasetmə əməliyyatları zamanı daha bir təhlükəli qəza baş verib. Yük maşını yanğınsöndürən maşına çırpılıb.

Biri uşaq olmaqla ümumilikdə 16 nəfər xəstəxanaya yerləşdirilib. İki zərərçəkənin vəziyyəti ağırdır. Onların milliyyəti göstərilmir.

Seçilən
2
publika.az

1Mənbələr