AZ

"Yaşlı insanları işdən uzaqlaşdırmaq yox, daha çox iş yeri açmaq barədə düşünməliyik"

“Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə o çalışmalıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib. 

Komitə sədri bildirib ki, yaş məhdudiyyəti gənclərə daha çox yol açılması üçün qoyulub: “Amma biz bunun alternativi yolu - daha çox iş yeri açmaq barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi işdən uzaqlaşdırmaqla. İqtisadiyyat Nazirliyimiz var, onlar hesablamalıdır ki, hər il əmək bazarına 100 min və daha çox gənc gəlir, biz onları daha yaxşı işlərə, daha yüksək maaşlı işlərə yerləşdirməliyik, nəinki sertifikasiya, yaş məhdudiyyəti kimi bəhanələrlə. Biz qəbullara gedirik, ölkədə orta ömür artır. İnsanlarımız sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə biz aktiv məşğulluq tədbirləri barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi istefaya göndərməklə gənclərə yer açmaq. Hər il əmək bazarına 100-120 min gənc gəlir. Onları daha yaxşı və yüksək maaşlı yerlərə yerləşdirməliyik. Onları işlə təmin etmək sertifikasiyadan kəsilmələrindən daha önəmlidir. İnsanlar sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə də aktiv məşğulluq tədbirlərini artımağı düşünməliyik. İnanıram ki, təkliflərimiz hökumətin də diqqətinə çatdırılacaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva isə Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılmasını təklif edib.

Seçilən
0
6
xezerxeber.az

10Mənbələr