"Komo"nun baş məşqçisi Sesk Fabreqas "Roma"nın baş məşqçisi vəzifəsinə namizəd olub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sky Sport”a istinadən xəbər verir ki, "Roma" mövsümün sonunda postunu tərk edəcək Klaudio Ranyeriyə əvəzləyici axtarır.
37 yaşlı ispaniyalı ilə “Milan”, “Yuventus”, “RB Leipzig” və “Lids” də maraqlanır.
“Roma”nın məşqçilər siyahısında həmçinin Françesko Farioli (“Ayaks”), Patrik Vieyra (“Cenoa”) və Stefano Pioli (“Əl Nəsr”) var.