AZ

Tibb işçilərinə praktik suallar verilməlidir - Komitə sədri

Bu layihə ortaya çıxana qədər professorlar yazılı və şifahi müraciətlər edib, deyirdilər ki, elmlər doktoru, professor niyə 5 ildən bir təkrar imtahan verməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.

“İmtahan götürənlər titul baxımından onlardan aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Məqsədimiz imtahanda həkimlərə çətinlik yaradan sualların qoyulması deyil.Humanizm məqsədilə yanaşmaq lazımdır. Təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək gərəkdir. Biz Anatomiya keçəndə yadımdadır, o qədər ağır suallar salırdılar, sonradan həmin sualların 80%-i heç bizə lazım olmurdu. Yəni həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır”, - deyə komitə sədri bildirib.

Seçilən
0
1
modern.az

2Mənbələr