AZ

Ukraynanın xarici işlər naziri: Atəşkəsi 3 günlük deyil, bir aylıq imzalamağa razıyıq

Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Rusiyanı da təkcə parad günləri deyil, dərhal və 30 gün müddətinə atəşkəs elan etməyə çağırır.

Vətəninfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, – deyə XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyada Qələbə günü qeyd olunan 8-11 may tarixlərində atəşkəs elan edib.

Seçilən
1
veteninfo.az

1Mənbələr