Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, forvard 31-ci turda “Fortuna” ilə matçda əlindən xəsarət alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.
Hazırda onun müalicəsi davam edir.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində çıxdığı son 3 matçda 4 qol vurub.