“Nürnberq”in hücumçusu Mahir Emreli zədələnib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mahir “Fortuna” ilə matçda əlindən zədə alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlanıb. Forvardın bərpa müddəti açıqlanmayıb.
Mahir “Fortuna” ilə matçda (3:3) bir qol vurub.