Şirvan şəhərində azyaşlı qızdırmadan vəfat edib.
Sfera.az-ın məlumatına görə, 2018-ci il təvəllüdlü Röyal Əlyar oğlu Səfərov yaşadığı Şirvan şəhərindəki evdən yüksək temperatur səbəbindən qıcolma ilə xəstəxanaya gətirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)