Çinin modernləşmə modeli, həyata keçirdiyi islahatlar və qazandığı uğurlar bu gün bir çox ölkələr üçün nümunə və ilham mənbəyi rolunu oynayır.
Əlbəttə, hər bir ölkənin bu təcrübədən necə istifadə etməsi və müxtəlif liderlərin başqa ölkələrin uğurlu təcrübələrindən necə nəticə çıxarmaları da müzakirə mövzusudur. Məlum olduğu kimi möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına olduqca əhəmiyyətli rəsmi səfəri baş tutdu. Səfər zamanı bu ölkənin lideri ilə, eləcə də rəhbər şəxslərlə baş tutan görüşlər, səslənən bəyanatlar, imzalanan sənədlər, əldə edilən razılaşmalar ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına mühüm töhfələr verəcəkdir.
Cənab İlham Əliyev səfər zamanı bu ölkənin nüfuzlu CGTN telekanalına müsahibə verərək, ikitərəfli və çoxtərəfli münasibətlərimizin bu günki səviyyəsinə işıq saldı. rol oynayır. Azərbaycanın da Çinin keçdiyi tərəqqi yoluna daim maraqla baxdığını və bu yolun bizim üçün mühüm ilham mənbəyi olduğunu vurğulayan Ölkə başçısı bu ölkənin hazırkı nailiyyətləri əldə etməkdən ötrü böyük proseslərdən keçdiyini qeyd etdi. Məlum olduğu ki, ölkəmiz daim müxtəlif xarici qüvvələrin, xüsusilə də bəzi Qərb dairələrinin daxili işlərimizə müdaxilə cəhdləri ilə mübarizə aparıb. Cənab Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də xüsusi diqqət çəkərək, Azərbaycanın məhz bu kimi mənfi təzahürlərə qarşı daim mübarizə apardığını vurğulamışdır. Əlbəttə ki, bu kimi amillər bir ölkənin inkişafına mənfi təsir göstərir. Hərçənd ki, Azərbaycan öz xarici siyasəti ilə başqalarının işinə qarışmamaq siyasəti yürüdür, ancaq özünə qarşı bəzi hallarda bu mövqeyi görmür.
Bu gün Çin kimi dünya nəhənginin qeyd etdiyimiz mənfi, səhv düşüncədən uzaq olması, inteqrasiya, əməkdaşlıq kimi müsbət siyasi və iqtisadi siyasət nümayiş etdirməsi Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Bu gün hər iki ölkə gələcəyə yönəlik – yaşıl və davamlı inkişafı hədəfləyən strategiyalar həyata keçirir.Çinin bu sahədə böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə gələcək prespektivləri indidən görə bilərik.
Gülmirə Səfərova;
Neftçala rayonu