AZ

"Yeriyə bilmir, ayağına protez qoyulub"

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

 

İfaçının qızı Samirə Axşam.az-a açıqlama verib. O bildirib ki, atası reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir:

 

"10 gün xəstəxanada qalacaq. Vəziyyəti stabildir. Həkimlər təzyiqi və şəkərini qaydasında saxlama çalışırlar. Ayağında protez var, bud çanaq nahiyəsindən əməliyyat olunub. Gündə 5 dəqiqə güclə köməklik göstərərk yeridə bilirik. İndi yeriyə bilmir, tam sağalması üçün 2 ay reabilitasiya keçməlidir".

 

Qeyd edək ki, qızı Ə.Mirəliyevin ayağının itin zəncirinə dolaşaraq yıxıldığını, bud sümüyünün sındığını bildirib.

Tarix: 29 Aprel 2025, 07:43   
Seçilən
0
3
pravda.az

4Mənbələr