Azərbaycan Respublikasının dövlət torpaq fondu, yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda əksini tapıb.
Bu torpaqlar yalnız mal-qara və davar sahiblərinə qanunla müəyyən edilmiş qaydalara əsasən verilə bilər. Örüş sahələri və biçənəklər isə yerli icra hakimiyyətlərinin və ya bələdiyyələrin mülkiyyətindədir. Belə sahələr mülkiyyətində mal-qara və davar olan şəxslərə istifadə üçün təqdim edilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri yalnız bələdiyyə müəssisələrinə verilə bilər. Torpaqların istifadəsi “Torpaq icarəsi haqqında” qanunla tənzimlənir. Bu qaydalar dövlətin torpaq resurslarını effektiv idarə etməsinə kömək edir. Hər hansı bir istismar yalnız qanunla uyğun şərtlərdə həyata keçirilə bilər.