Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin mayda atəşkəs elan etməsinə münasibət bildirib.
Modern.az bildirir ki, Zelenskinin fikrincə, Putinin atəşkəs elan etməsi növbəti manipulyasiya cəhdidir.
“Niyə hamı mayın 8-nə qədər gözləsin və yalnız bundan sonra atəşi dayandırsın?" - deyən prezident vurğulayıb ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.
Zelenski, Rusyanı ən azı 30 gün ərzində “dərhal, tam və qeyd-şərtsiz atəşkəsə” çağırıb.
Qeyd edək ki, Putin Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Atəşkəs qərarı mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq.