AZ

Kənan İmirzalıoğlu ekranlara qayıdır, hər bölümə sərvət qazanacaq

Türkiyənin sevilən simalarından olan Kənan İmirzalıoğlu ekranlara qayıdışa hazırlaşır.

"Ölkə.az" xəbər verir ki, "Kim Milyoner Olmak İster?" verilişinin aparıcısı kimi tamaşaçıların könlünü fəth edən məşhur aktyor indi Ay Yapım imzası daşıyan yeni bir serial üçün kameralar qarşısına keçəcək.

Kənan İmirzalıoğlu yeni layihəsi üçün televiziya tarixində nadir rast gəlinən bir müqaviləyə imza atıb. İddialara görə, aktyor yeni serialda hər bölüm üçün 4,5 milyon TL qonorar alacaq. Bu məbləğ Türkiyə serial sənayesində indiyədək görülən ən yüksək qazanclardan biri kimi dəyərləndirilir.

Kənan İmirzalıoğlunun yeni serialı ilə bağlı daha çox məlumatın yaxın günlərdə ictimaiyyətlə paylaşılması gözlənilir.(milli.az)

Seçilən
0
2
olke.az

3Mənbələr