AZ

Prezident İlham Əliyev: Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik.

 

Pravda.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.

 

Dövlətimizin başçısı qeyd edib: “Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”.

Tarix: 28 Aprel 2025, 21:04   
Seçilən
0
30
pravda.az

10Mənbələr