Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra Katolik Kilsəsində bütün gözlər kimin 267-ci Papa olacağına yönəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mayın 7-də Vatikanda Katolik Kilsəsinin yeni papasını müəyyənləşdirmək üçün seçkilərin (Konklav) başlayacağı açıqlanıb.