AZ

Lu Mey: Çin ölkəmizin ŞƏT-də hüquqi statusunu gücləndirməkdə Azərbaycanı dəstəkləyir

Bakı, 28 aprel, AZƏRTAC

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında hüquqi statusunu möhkəmləndiməkdə ölkəmizi dəstəkləyir və Bakının beynəlxalq təsirini genişləndirmək məqsədi ilə ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət təşəbbüslərini alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.

“Pekin ticarət və investisiya, rəqəmsal iqtisadiyyat, müasir kənd təsərrüfatı və yaşıl inkişaf sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlığın səviyyəsini artırmaq nəqsədilə Azərbaycanla işləmək üçün ŞƏT platformasından istifadə etməyə hazırdır”, - deyə diplomat vurğulayıb.

Təşkilatın yaranma tarixinə və fəaliyyətinə toxunan Lu Mey deyib ki, ŞƏT Çin tərəfindən yaradılmış və Çin şəhərinin adını daşıyan ilk beynəlxalq strukturdur: “O, qarşılıqlı etimad, qarşılıqlı fayda, hüquq bərabərliyi, məsləhətləşmələr, sivilizasiyaların müxtəlifliyinə hörmət və ümumi inkişaf istəyi ilə səciyyələnən “Şanxay ruhunu” rəhbər tutur ki, bu da inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin sabitlik, inkişaf və birlik tələblərinə tam cavab verir. “Şanxay ruhu”nun rəhbərliyi ilə ŞƏT-in miqyası durmadan artırdı, əməkdaşlığın sahəsi genişlənirdi, onun beynəlxalq təsiri isə güclənirdi. O ümumi maraqların qorunması və sabit regional inkişafı təşviq etmək üçün üzv-dövlətlər, müşahidəçi dövlətlər və dialoq tərəfdaşları üçün etibarlı dayağa çevrildi”.

“Ötən ilin iyul ayında Astanada keçirilən ŞƏT sammitində Çin Çin ilini açaraq rəsmi olaraq ŞƏT-ə sədrliyi qəbul etdi. “Şanxay ruhunun təşviq edilməsi: ŞƏT fəaliyyətdə” şüarı altında Çin siyasət, təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə 100-dən çox tədbir həyata keçirib. Bu ilin payızında ortaq gələcəklə daha sıx ŞƏT icmasının qurulmasına kömək etmək məqsədilə uğurlu təcrübələri ümumiləşdirmək və strukturun inkişafı planlarını müəyyən etmək üçün Çin üzv ölkələrin liderlərini dəvət edərək, Tyantszində ŞƏT sammitinə ev sahibliyi edəcək. Azərbaycan 2016-cı ildə Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olub və böyük ŞƏT ailəsinin mühüm üzvüdür. Çin Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlığın möhkəmlənməsini alqışlayır və müxtəlif sahələrdə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycandan Çinə cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələri geniş şəkildə dəvət edəcək”, - deyə Lu Mey sözünü yekunlaşdırıb.

Seçilən
7
azertag.az

1Mənbələr