Florida ştatının Kliruoter yaxınlığında sərnişin bərəsinin qayıqla toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə "ABC News" məlumat yayıb .
"Polisin məlumatına görə, bərədə iki ekipaj üzvü də daxil olmaqla, 45 nəfər gəmi ilə toqquşub", - məlumatda deyilir.
Qəzadan sonra bərənin sahilə çıxdığı və zərərçəkənlərin təxliyyə edildiyi bildirilir. Ən ağır yaralıların təxliyəsi üçün xilasedici helikopterlərdən istifadə edilib.