AZ

Lukmanda bir neçə klubun gözü var

"Barselona" yeni mövsüm ərəfəsində hücum xəttini gücləndirmək üçün fəal şəkildə çalışır.

Yenisabah.az xəbər verir ki, o, diqqətini "Napoli"nin futbolçusu Ademola Lukmana yönəldib. Klub artıq yay transfer pəncərəsi öncəsi 27 yaşlı nigeriyalının nümayəndələri ilə əlaqə saxlayıb.

Lukmanı almaq asan olmayacaq. Forvardla əsas heyət yeniləməsini planlaşdıran "Yuventus" da maraqlanır. Eyni zamanda, "Atalanta" liderini ən azı 60 milyon avro dəyərində qiymətləndirir.

Vəziyyəti İngiltərə nəhəngləri - "Çelsi", "Mançester Yunayted", "Liverpul", "Nyukasl" və "Arsenal" da yaxından izləyir.

Bu mövsüm Lukman "Atalanta"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr