Uruqvaylı mərkəz hücumçusu Darvin Nunes cari mövsümün sonunda "Liverpul"u tərk edə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, hücumçunun karyerasını İspaniya və Səudiyyə Ərəbistanı çempionatlarında davam etdirmək variantları var.
La Liqada "Atletiko Madrid" Darvinin transferində maraqlıdır. Artıq Madrid klubunun futbolçunun agenti ilə əlaqə saxlayıb.
25 yaşlı futbolçunun "qırmızı-qaralar"la müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Uruqvaylının transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Nunes Premyer Liqanın cari mövsümündə 26 matçda iştirak edib. Hücumçu 5 qol vurub.