AZ

Rusiyada Finlandiya ilə sərhədi keçməyə cəhd edən 5 əcnəbi saxlanılıb

Leninqrad vilayətində sərhədçilər Rusiyanın Finlandiya ilə dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısını alıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlk hadisə aprel ayında Vıborq rayonunda baş verib. İsti paltarı, şəxsi gigiyena vasitələri və nağd pulu olan əcnəbi buraxılış məntəqələrindən yan keçərək sərhədi keçməyi planlaşdırıb. Onun barəsində cinayət işi açılıb.

İkinci hadisə də həmin ərazidə baş verib. Artıq dörd əcnəbi Finlandiyaya daxil olmağa cəhd edib. Onları 5 ilə qədər həbs gözləyir.

Bundan əvvəl məlum olub ki, Leninqrad vilayətində FTX-nin Sərhəd İdarəsinin əməkdaşları Estoniya-Rusiya sərhədini üzərək keçməyə cəhd edən 33 yaşlı kişini saxlayıblar.

Seçilən
16
nocomment.az

1Mənbələr