"İdman TV" Azərbaycan çempionatının oyununu canlı yayımlayacaq
Azərbaycan İkinci Liqasında 24-cü tur çempionluq baxımından prinsipial matçla əlamətdar olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, lider "Şahdağ Qusar"la ən yaxın izləyicisi "Şəfa"nın dueli televiziya vasitəsilə canlı yayımlanacaq.
Oyunu "CBC Sport" yox, "İdman TV" kanalı göstərəcək.
"Şəfa" - "Şahdağ Qusar" qarşılaşması 4 mayda baş tutacaq və saat 16.00-da start götürəcək.