AZ

Fransada həkimlər tətil və etiraz nümayişlərinə başlayırlar

Bakı. Trend:

Baş nazir Fransua Bayrunun tibbi boşluqla bağlı açıqlamalarındansonra ölkədəki həkimlər onların peşəsini tənzimləyən qanuna qarşıtətilə və etiraz nümayişlərinə səfərbər olurlar.

Trend xəbərverir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Biz özümüzü müdafiə etməyə hazırıq və yeganə çıxış yolu sistemibloklamakdır”, - deyə Gənc Həkimlər Həmkarlar İttifaqınınprezidenti Ann Boktor bildirib. Ölkədə həkimlər və internada olantibb universiteti tələbələri qeyri-müəyyən vaxta tətilə çağırışediblər.

“Ordre des medecins”, “SOS Medecins”, özəl sahədə çalışanhəkimlər, tələbələr və tibb universitetinin internada olantələbələri tərəfindən dəstəklənən bu hərəkat “Garot” qanunununtəkliflərinə etiraz edir və Fransanın bütün ərazisində nümayişlərkeçirilməsini planlaşdırır.

Qeyd edək ki, Fransada həkim tapmaq çox çətin olub və xəstələrazı 3 və ya 6 ay gözləməyə məcburdurlar.

Seçilən
0
3
az.trend.az

4Mənbələr