AZ

“Apple”ın yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq

Bakı. Trend:

“Apple” korporasiyası 2027-ci ildə smartfonlarının qiymətartımının qaçılmaz olacağını bildirib.

Trend xaricikiV-ə istinadən xəbər verir ki, 2027-ci ildə ilk “iPhone”smartfonunun 20 illiyini qeyd edəcək “Apple” yubiley münasibətiləunikal flaqman smartfonu və ilk qatlanan qurğusunu satışaçıxaracaq.

Korporasiyadan verilən məlumata görə, istehlakçılar qiymətartımına hazır olmalıdır, çünki yubiley cihazları rekord bahaqiymətə satılacaq.

İstehsalçı yeni flaqman smartfonlarında xüsusi hissələrdən vəkomponentlərdən istifadə etmək niyyətindədir. Yubiley “iPhone”,həmçinin, “son dərəcə mürəkkəb” dizayna malik olacaq ki, bu da onunqiymətinə təsir göstərəcək.

Qiymət artımına Vaşinqton və Pekin arasındakı ticarət müharibəsidə təsir edir. “Apple” ABŞ bazarı üçün “iPhone” istehsalını ÇindənHindistana köçürmək niyyətindədir. Korporasiya Hindistandakıistehsalın Çinlə müqayisədə 5-10 faiz baha olacağını bildirib.

Qeyd edək ki, “iPhone” smartfonunun yubiley buraxılışının əsasənşüşədən hazırlanacağı gözlənilir

Seçilən
0
1
az.trend.az

2Mənbələr