AZ

Slot onların sırasına qoşuldu

"Liverpul" Premyer Liqanın 34-cü turunda "Tottenhem" üzərində 5:1 hesablı inamlı qələbə sayəsində vaxtından əvvəl çempion olub.

Publika.az xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Arne Slot çempionatdakı ilk mövsümündə “Liverpul"u çempionluğa aparıb.

Əvvəllər bunu yalnız dörd başqa mütəxəssis bacarıb. Bunlar Joze Mourinyo, Karlo Ançelotti, Antonio Konte (hər üçü “Çelsi”) və Manuel Pelleqrini (“Mançester Siti”) olub.

Qeyd edək ki, Slot məşqçilik karyerası ərzində “Kambur” “AZ Alkmar” və “Feyenoord”u çalışdırıb.

Seçilən
6
publika.az

1Mənbələr