AZ

“Zirə” braziliyalı futbolçu ilə yeni müqavilə imzalayıb

Bakı, 28 aprel, AZƏRTAC

“Zirə” futbolçusu Ruan Renato ilə yeni müqavilə bağlayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, braziliyalı müdafiəçi daha iki il paytaxt təmsilçisində çıxış edəcək.

Yeni müqaviləyə əsasən, futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.

Seçilən
2
8
azertag.az

10Mənbələr