AZ

Marketdən mürəbbə aldı, içindən görün nə çıxdı – FOTO

Balıkəsirdə Edremitdə Metro bazarında satılan “Aro” markalı qızılgül mürəbbəsinin içindən bütöv bir arı tapılıb.

Tribunainfo.az xəbər verir ki, böyük sürprizə səbəb olan hadisədən sonra gigiyena müzakirələri yenidən gündəmə gəlib.

Hadisənin üzə çıxması ilə qida təhlükəsizliyi və gigiyena standartları bir daha sual altına düşüb. Mütəxəssislər xüsusilə qida istehsal proseslərində lazımi sterilizasiya və keyfiyyətə nəzarət tədbirləri olmadıqda ciddi sağlamlıq risklərinin yarana biləcəyini vurğulayıblar.

Dəniz Pənahova

 

Seçilən
2
tribunainfo.az

1Mənbələr