Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankı Qrupuna olan təxminən 15 milyon dollarlıq borcunu ödəyib.
Publika.az xəbər verir ki, bu barədə hər iki ölkənin Maliyyə Nazirliyi birgə bəyanat yayıb.
Bildirilib ki, Suriya iqtisadiyyatının bərpasına dəstək səylərinin bir hissəsi olaraq, iki ölkə Suriyanın Dünya Bankı Qrupuna ödənilməmiş borclarını birlikdə ödəyiblər. Qeyd edilib ki, məqsəd Suriyanın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyasına töhfə verməkdir.
Bu ödəniş Dünya Bankı Qrupunun 14 ildən sonra Suriyadakı dəstəyini və fəaliyyətini bərpa etməsinin yolunu açacaq. Bu, həmçinin Suriyaya Dünya Bankından fövqəladə hallar sektorları üçün maliyyə və texniki dəstək almağa imkan verəcək.