AZ

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

Azərbaycanın bu il aprelin 1-nə 5 milyard 67,0 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 %-i elə dollarda olub.

Demokrat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,5 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.

Seçilən
3
14
demokrat.az

10Mənbələr