AZ

İranla Azərbaycan arasında çoxlu əməkdaşlıq sahələri var – Pezeşkian

Bakı. Trend:

İran və Azərbaycan arasında əməkdaşlıq və əlaqələrin inkişafetdirilməsi üçün çoxlu sayda sahələr mövcuddur.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu günAzərbaycana səfərdən öncə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr sadəcə qonşuluqəlaqələri deyil, iki ölkə vətəndaşlarının bir-biriləri ilə qohumluqəlaqələri də var:

"İki ölkə arasında tarixi və mədəni əlaqələr mövcuddur".

Pezeşkian deyib ki, iki ölkə arasında elektrik və qaz mübadiləsisahəsində əməkdaşlığı inkişaf etdirmək mümkündür.

"Ticarət və iqtisadi cəhətdən birgə yatırımlar etmək olar", - obildirib.

İran prezidenti əlavə edib ki, dəhlizlər çərçivəsində İran,Azərbaycan və Rusiya arasında əməkdaşlıq formalaşa bilər. \

"İran, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində,sərnişin və yükdaşıma sahəsində əməkdaşlığı daha da inkişafetdirmək olar", - - o vurğulayıb.

Seçilən
1
3
az.trend.az

4Mənbələr