Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, aprelin 26-da Vatikanda və Romada keçirilən görüşlər təsdiqlədi ki, Ukrayna tərəfdaşları nə baş verdiyini başa düşürlər:
"Mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun. Ruslar Amerikanın təkliflərini qəbul etməyə hazır olduqları barədə çox danışırlar, lakin indiyə qədər Rusiya ordusunun əsl sükuta hazırlığı qeydə alınmayıb"-, o bildirib.
Zelenski qeyd edib ki, ruslar ciddi itkilər bahasına irəliləməyə çalışırlar.