
Birləşmiş Ştatların Mirtle Biç şəhərində (Cənubi Karolina) atışma olub.
Reyting.az xəbər verir ki, bu barədə yerli “WMFB” telekanalı məlumat yayıb.
Səlahiyyətlilər və polislər atışmada 1 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını təsdiqləyib. Yaralılara tibbi yardım göstərilir.
Telekanal onu da xəbər verib ki, “polis zabitinin vurduğu şəxs aldığı yaralardan ölüb”.
V. QULİYEV