AZ

Türkiyədə ağır qəza: çox sayda yaralı var

Türkiyədə mikroavtobus qəzası nəticəsində onlarla sərnişin xəsarət alıb.

Bu barədə Publika.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Elazığ-Diyarbəkir magistral yolunda mikroavtobusun aşması nəticəsində sürücü də daxil olmaqla 22 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedicilər cəlb olunub.

Yaralılar təcili yardım maşınıyla xəstəxanalara aparılıb.


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

6Mənbələr