"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl "Sabah"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çətin və bir o qədər də gözəl çempionat oldu. Hər il çempionatın keyfiyyəti artır. Hakimlərdən çox razıyam. "Qarabağ" hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluqdan sonra çempionluq bizi çox sevindirdi. "Sabah" çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardı. Gələcəyimiz bəxtdən asılıdı. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdu ki, mənimlə Qurban hoca arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə yanındayıq. Sponsor hər zaman bizə dəstək olur. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam dəstəyik. Qarşıda "Sabah"la kubokun finalı matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşəcəyik. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün müsbət haldı. Komandaya hədəf qoymuram. Onlar bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdi.
- Çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, "Qarabağ" da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər lazımdı. Limitin ləğv olunması sizin planlarınıza necə təsir edəcək?
- Düşünürəm ki, limitin ləğv olunması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, uşaq futboluna olan dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Özümüzə hədəf qoymalıyıq ki, daxildə limit olsun.
- Premyer-liqada növbəti mövsüm 12 komanda çıxış edəcək. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?
- İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidi.
- Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə söylədiz?
- Xoşbəxtlikdən 1-2 dəqiqə özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi.
- Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi...
- O duruş "Qarabağ"ın əsalətindəndi. Təbii ki, bizim kimi, futbolçular da sevinirdi. Öz aramızda bunu bayram kimi qeyd etdik.
- Azərbaycan kubokunda yenidən "Sabah"la keçirəcəyiniz matç barədə düşüncələriniz necədi?
- Bilirəm ki, "Sabah" bu oyuna çox yaxşı hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdı. Buna görə də, "şirlərin savaşı" adlandıracağımız matç olacağına inanıram.
- AFFA-nın inkişaf strategiyası ilə tanış olmusuz?
- Xeyr.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta