AZ

"Qarabağ" favoritdir, amma..."

“Sabah” Misli Premyer Liqasının 32-ci turunda bu gün öz meydanında “Qarabağ”la 1:1 hesablı bərabərliyə razılaşıb.

Fanat.Az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransına qatılıb. Rusiyalı mütəxəssis “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib:

“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu gün hər iki tərəfin ifasında kəskin, maraqlı mübarizənin şahidi olduq. Düşünürəm ki, bir xala layiq idik.

Müəyyən qeydlər apardıq. Amma qarşıdakı matç kubokun final oyunudur, burada istənilən nəticə qeydə alına bilər. Buna baxmayaraq, bu görüşün favoriti yenə də “Qarabağ”ı görürəm. Bəli, “Qarabağ” favoritdir, amma biz də əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

Seçilən
8
fanat.az

1Mənbələr