AZ

Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb

Bakı, 27 aprel, AZƏRTAC

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “Qalatasaray” səfərdə “Eyupspor”la qarşılaşıb. Görüş “cim-bom”un 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 80-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. Meydan sahibləri isə 50 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
10
6
azertag.az

9Mənbələr