AZ

“Turistlərin daha çox getməyə üstünlük verdiyi bölgələr” – EKSPERT

“Qarşıdan yay fəsli gəlir və dünyada insanların çoxu bu fəslə uyğun səyahət planlarını qururlar. Buna görə də, yay fəsli dünyada istirahət və kurort yerlərində ən yaxşı fəsil hesab olunur, bu təbii ki, qiymətlərə də öz təsirini göstərir. 

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ölkədə turistlərin daha çox getməyə üstünlük verdiyi bölgələrə Qəbələ, Şəki, Şamaxı, Quba, Qusar, Lənkəran, Gəncə daxildir. Bu bölgələr digər yerlərə nisbətən qiymət cəhətdən daha sərfəlidir.

Turizm şirkətləri fəslə uyğun olaraq, yerli və xarici turların reklamlarını edirlər. Əvvəlki illərlə müqayisə etdikdə turizm şirkətlərində hazırkı qiymətlər 30-50% daha yüksəkdir. İnsanlar hər zaman alternativ axtarışındadırlar.

Dünyada bir çox turizm şirkətləri var ki, rəqabət halındadırlar. Bu daha çox ölkələrarası münasibətlərlə əlaqəlidir. Ya vizaların aradan qaldırılması, ya da birbaşa uçuş xəttlərinin olması həmin ölkə istiqamətində turist gediş-gəlişlərinə də müsbət təsir göstərir ki, bu da öz növbəsində turizmdə aktivliyə səbəb olur.

İnsanlar səyahət edərkən məhz, onlar üçün daha əlverişli qiymət və məkan olmasına üstünlük verirlər.

pasport

Azərbaycan son zamanlar bəzi istiqamətlərdə birbaşa uçuşların tətbiqi, vizaların aradan qaldırılması ilə bağlı müəyyən işlər görüb. Bu da eyni zamanda Azərbaycana gələn, həmçinin Azərbaycandan xaricə gedən turistlərin sayını artırıb”.

Ekspert qeyd edir ki, bütün bunlara baxmayaraq, hələ ki, Azərbaycanda turizm bərpa dövrünü yaşayır. Ümumən onu qeyd etmək olar ki, əvvəlki dövrlə müqayisədə turist axınında artım tempi var və yeni bazarların açılması bu istiqamətdə ümumi bərpanı daha sürətləndirmiş olacaq. 

Aişə Abdulova

Seçilən
16
nocomment.az

1Mənbələr