AZ

“Neftçi” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Futbolçular – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.

Seçilən
7
2
futbolpress.az

2Mənbələr